SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələri müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələri müzakirə olunub
27-01-2020, 14:44

Naxçıvan Muxtar Respublika Stadionunun inzibati binasında Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclası keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, iclası giriş sözü ilə açan Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayev bildirib ki, federasiyası 2019-cu il ərzində öz işini təsdiq olunmuş iş planına və müşavirədə verilmiş tapşırıqlara əsasən qurub. Geridə qoyulan ildə federasiya idmançıları tibbi müayinədən keçirilib, federasiyanın Babək rayonunun Zeynəddin və Nəhəcir kəndlərində bölmələri yaradılıb, məşqçi-müəllim, hakim və idmançılar vahid idman geyim dəstləri ilə təmin edilib. Muxtar respublikamızda 564 idmançı 30 qrupda bu idman növü ilə məşğuldur. İl ərzində “Naxçıvan Muxtar Respublikası-95” devizi altında kadetlər, yeniyetmə və gənclər arasında, “18 oktyabr-Dövlət Müstəqilliyi Günü” münasibətilə kadetlər arasında, Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunan yeniyetmə və gənclər arasında muxtar respublika, Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” şəxsi, “28 May Respublika Günü”, “2 fevral Gənclər Günü”, “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” və “31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş kadetlər, yeniyetmə və gənclər arasında şəhər, rayon və yoldaşlıq görüşləri keçirilib. Eyni zamanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda kadetlər və yeniyetmələr arasında kikboksinq üzrə Naxçıvan Muxtar Respublika açıq turniri keçirilib, həmin turnirdə İran, Rusiya və Azərbaycandan birlikdə 12 komanda iştirak edib.
Xəyal Abdullayev diqqətə çatdırıb ki, idmançıların beynəlxalq turnirlərə iştirakı təmin edilib və federasiya idmançıları ölkə səviyyəli turnirlərdən 19, dünya çempionatından 2, beynəlxalq turnirlərdən 6 medal olmaqla ümumilikdə 27 medal qazanıblar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Məcid Seyidov çıxışında vurğulayıb ki, Kikboksinq Federasiyası geridə qoyduğumuz ildə öz işini verilmiş tapşırıqlara əsasən qurub. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi muxtar respublikamızda 2018-ci ildə yaradılan Kikboksinq Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirilməsi və kütləviliyinin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirib. Belə ki, ötən il ərzində bu idman növü üzrə 6 muxtar respublika səviyyəli birincilik, 3 Naxçıvan şəhər birinciliyi, 2 rayon birinciliyi, 1 yoldaşlıq görüşü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda kadetlər və yeniyetmələr arasında kikboksinq üzrə Naxçıvan Muxtar Respublikası açıq turniri təşkil edilib. Gənclər və İdman Nazirliyi və Kikboksinq Federasiyasının birgə fəaliyyəti nəticəsində idmançıların muxtar respublikadan kənarda keçirilən yarışlarda da iştirakları təmin edilib.
Nazir müavini sonda qeyd edib ki, Nazirlik və Federasiyanın birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olaraq dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqlar yerinə yetiriləcək, eyni zamanda kikboksinq idman növünün inkişafı istiqamətində daha böyük uğurlara imza atılacaqdır.
Sonra məşqçilərin fikiləri və təklifləri dinlənilib. Sonda isə il ərzində uğur qazanan məşqçi və idmançılar mükafatlandırılıblar.


Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələri müzakirə olunubNaxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələri müzakirə olunub
Naxçıvan Muxtar Respublikası Kikboksinq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələri müzakirə olunub

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031