SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələri müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələri müzakirə edilib
24-01-2020, 23:09

Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncağı keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, iclası giriş sözü ilə açan federasiyanın sədri Səhət Həbibbəyli bildirib ki, muxtar respublikada atıcılıq idman növünün inkişaf etdirilməsi, bu sahədə kütləviliyin artırılması üçün 2019-cu ilin əvvəlində Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının tədbirlər planı və təqvim planı təsdiqlənib. Tədbirlər planına uyğun olaraq ötən il ərzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə çoxnövçülük, stend, TİR atıcılığı və peyntbol üzrə 13 idman yarışı keçirilmişdir. Stend yarışlarında 59, TİR atıcılığı yarışlarında 123, peyntbol üzrə birinciliklərdə 230 və çoxnövçülük üzrə yarışlarda 80 idmançı, ümumilikdə 492 idmançı yarışlarda mübarizə aparıb.
Federasiya sədri diqqətə çatdırıb ki, geridə qoyduğumuz il atıcılıq idman növünün muxtar respublikada təbliği, rayonlarda atıcılıq üzrə idman klublarının yaradılması, idman infrastrukturunun yenidən qurulması və yeni idman avadanlıqlarının alınması istiqamətində mühüm işlər görülüb. Atıcılıq Mərkəzinin peyntbol meydançasında maneələr yenidən qurulmuş, stend atışı üçün meydança müasir tələblərə uyğunlaşdırılıb, TİR atıcılığı üçün yeni maneələr quraşdırılıb, müasir görkəmi ilə seçilən kafe istifadəyə verilmiş, ərazidə abadlaşdırma işləri aparılıb. Naxçıvan şəhərindəki Atıcılıq əyləncə mərkəzi yenidən təmir olunmuş, TİR atıcılığı üçün yeni maneələr quraşdırılıb, yeni oyun qurğuları alınıb. Şərur şəhərindəki Atıcılıq Mərkəzinin fəaliyyəti yenidən təşkil olunub. Naxçıvan şəhərində fəaliyyət göstərən “Hədəf” və “Qələbə” Atıcılıq İdman Klubları ilə yanaşı, Şərur şəhərində “Ümid”, Culfa şəhərində “Uğur” və Kəngərli rayonu Qıvraq qəsəbəsində “Zəfər” Atıcılıq İdman Klubları təsis edilib və onların idmançılarının muxtar respublika səviyyəli yarışlarda iştirakları təmin edilib.
Vurğulanıb ki, qızların atıcılıq idmanına cəlb olunması istiqamətində işlər görülmüş, təşkil olunmuş idman tədbirlərində 25 qız idmançının iştirakı təmin olunub. Federasiya tərəfindən keçirilən yarışlarda iştirak edənlərin nəticələri nəzərə alınaraq atıcılığın müxtəlif növləri üzrə “Naxçıvan” komandasının tərkibi müəyyənləşdirilib, onların təlim-məşq toplanışlarına cəlb olunması təmin edilib. Ötən ilin iyun ayında Sumqayıt Paralimpiya İdman Kompleksində təşkil olunan “Yeniyetmələrin 12-ci respublika oyunlarında” atıcılıq növündə muxtar respublikanın “Naxçıvan” komandası həm komanda hesabında, həm də şəxsi hesabda Əsgər Cavadov qalib adını qazanıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov çıxışında bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi altında muxtar respublikamızda da idman və idmançılara dövlət qayğısı ən yüksək səviyyədədir. Muxtar respublikamızın bütün rayon və şəhərlərini əhatə edən müasir idman infrastrukturu fonunda, gənc və yeniyetmələrin idmanın müxtəlif növlərinə marağı günü-gündən artmaqdadır. Məhz bunun nəticəsidir ki, Naxçıvan idmançıları respublika səviyyəli yarışlarda 179, beynəlxalq miqyaslı turnirlərdə 165, dünya səviyyəli yarışlarda 5, Avropa çempionatlarında 20 olmaqla, ümumilikdə muxtar respublikadan kənar yarışlarda 369 medal qazanıblar.
Azad Cabbarov vurğulayıb ki, muxtar respublikada uğurla fəaliyyət göstərən idman federasiyalarından biri də 2013-cü ildə yaradılan Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasıdır. Atıcılıq Federasiyası da 2019-cu ildə öz işini verilmiş tapşırıqlara əsasən qurub. Muxtar respublikamızda 13 qrupda 195 nəfər Atıcılıq Federasiyasının bölmə və qruplarında idmanın bu növü ilə məşğul olur. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Atıcılıq Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədi ilə çoxsaylı tədbirlər həyata keçirib. Belə ki, Atıcılıq Federasiyasında struktur dəyişikliyindən sonra Atıcılıq Mərkəzində təmir-bərpa işləri aparılmışdır. Ötən il ərzində atıcılığın stend, peyntbol və tir növləri üzrə 13 muxtar respublika səviyyəli birinciliklər keçirilib, federasiya idmançılarının asudə vaxtlarının səmərəli təşkili məqsədilə onların muxtar respublikada fəaliyyət göstərən muzeylərə gəzintiləri və “Ağbulaq İstirahət Mərkəzi”ndə “Yay Məktəbləri” təşkil olunub.
İclasda 2020-ci ildə görüləcək işlər və keçiriləcək tədbirlər barədə məlumat verilib.
Yığıncağa yekun vuran federasiyanın sədri Səhət Həbibbəyli bildirib ki, muxtar respublika rəhbərliyi tərəfindən idmana göstərilən qayğıdan bəhrələnərək Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyası fəaliyyətini təkmilləşdirməli, atıcılıq idman növləri üzrə kütləviliyin artırılması, perspektivli idmançıların müəyyənləşdirilərək yarışlara hazırlanması, gənclərdə hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi istiqamətində səyləri artırmalıdır. 2020-ci ilin tədbirlər planından irəli gələn məsələlərin həlli və təqvim planında nəzərdə tutlumuş müxtəlif idman yarışlarının təşkili yüksək səviyyədə həyata keçirilməlidir. Atıcılıq İdman Klubları fəaliyyətlərini gücləndirməli, əhatə etdikləri ərazilərdə atıcılıq üzrə yarışlar keçirməlidir.


Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələri müzakirə edilibNaxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının ötən ilin yekunları və qarşıda duran vəzifələri müzakirə edilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829