SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan fiqurlu konkisürmə üzrə növbəti Avropa çempionatında əlavə yerə sahib olub

Azərbaycan fiqurlu konkisürmə üzrə növbəti Avropa çempionatında əlavə yerə sahib olub
24-01-2020, 12:20

Azərbaycan 2021-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Avropa çempionatında kişilərin fərdi yarışında 2 fiqurlu konkisürənlə təmsil olunacaq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu, hazırda Avstriyanın Qrats şəhərində davam edən analoji yarışda ölkə idmançısı Vladimir Litvintsevin çıxışı sayəsində mümkün olub.

Litvintsev kişilərin sərbəst proqramında 8-ci, qısa proqramda da 17-ci olub. İki çıxışın cəmində 221,09 xal toplayan 19 yaşlı idmançı çempionatı 9-cu yerdə başa vurub. Azərbaycana əlavə yer onun ilk "10-luğ"a düşməsi sayəsində verilib.

Qeyd edək ki, Avropa çempionu adına rusiyalı Dmitri Əliyev layiq görülüb. O, 272,89 xal toplayaraq, bütün rəqiblərini qabaqlayıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829