SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Çelsi" 16 yaşlı hücumçu transfer edib

13-01-2020, 14:38

“Çelsi” Norveçin “Tromsö” klubunun 16 yaşlı hücumçusu Brayan Fyabemanı transfer edib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə London klubunun rəsmi “Twitter” səhifəsi məlumat yayıb.

Qeyd edək ki, Fyabema Frenk Lempardın “Çelsi”ni çalışdırdığı müddətdə klubun transfer etdiyi ilk oyunçu olub. Ötən yay FİFA-nın tətbiq etdiyi transfer qadağasına görə “zadəganlar” heç bir oyunçunu transfer edə bilməmişdi. Amma londonluların appelyasiya şikayəti nəticəsində, bu qadağa ötən ilin dekabrında ləğv olunub.

Fiabema “Tromsö”nün heyətində cəmi 1 rəsmi oyuna çıxmışdı. O, Norveçin 17 yaşlılardan ibarət millisində keçirdiyi 3 oyunda 3 qol vurub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930