SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Zirə" və "Sabah" yoxlama matçlarında məğlub olublar

11-01-2020, 22:38

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan komandaları bu gün ilk yoxlama matçına çıxıblar.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, toplanışa eyni vaxtda yollanan "Zirə" və "Sabah" klubları müxtəlif saatlarda fərqli kollektivlərlə qarşılaşıblar.

"Zirə" Türkiyənin I Liqasında çıxış edən "Ümraniyespor"la görüşüb. "Fanatic Tour"un meydanında təşkil olunmuş oyun rəqibin böyük hesablı qələbəsi ilə yekunlaşıb.

"Sabah" isə Belek qəsəbəsindəki "Titanik Mardan" stadionunda Macarıstanın "Pakş"ı ilə üz-üzə gəlib. Bu matçda da rəqib qalib gəlib - 2:0.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930