SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu gün Azərbaycanın iki klubu Antalyada yoxlama oyunu keçirəcək

Bu gün Azərbaycanın iki klubu Antalyada yoxlama oyunu keçirəcək
11-01-2020, 10:10

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan komandaları bu gün ilk yoxlama matçına çıxacaqlar.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, toplanışa eyni vaxtda yollanan "Zirə" və "Sabah" klubları müxtəlif saatlarda fərqli kollektivlərlə qarşılaşacaqlar.

"Zirə" Türkiyənin I Liqasında çıxış edən "Ümraniyespor"la görüşəcək. "Fanatic Tour"un meydanında təşkil olunacaq oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
"Sabah" isə Belek qəsəbəsindəki "Titanik Mardan" stadionunda Macarıstan "Pakş"ı ilə üz-üzə gələcək. Saat 18:30-da start götürəcək matç “Sabah” FK-nın “youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Nisan 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930