SON DƏQİQƏ

naxcivanxeberleri.com

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək boksçuların sayı açıqlanıb

Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək boksçuların sayı açıqlanıb
10-01-2020, 15:00

Beynəlxalq Olimpiya Komitəsi (IOC) Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak edəcək boksçuların sayını açıqlayıb.

NAXCİVANXEBERLERİ.COM TASS-a istinadən xəbər verir ki, bu barədə IOC-un İsveçrənin Lozanna şəhərində iclasında məlumat verilib.

Olimpiadada 100 qadın, 189 kişi boksçusunun mübarizə aparacağı bildirilib.

Beynəlxalq Boks Assosiasiyasının (AIBA) iskvalifikasiyası ilə əlaqədar IOC "Tokio-2020"də boks yarışlarının təşkilini üzərinə götürüb.

Kişilərin yarışında səkkiz, qadınlarda isə beş çəki dərəcəsində qaliblər müəyyənləşəcək. Olimpiadada iştirak edəcək bokçular yanvar - may aylarında keçiriləcək lisenziya turnirlərindən sonra bəlli olacaq.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları iyulun 24-də başlayacaq, avqustun 9-da yekunlaşacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031