SON DƏQİQƏ

naxcivanxeberleri.com

2019-cu ilin ən yaxşı bombardiri müəyyənləşib

2019-cu ilin ən yaxşı bombardiri müəyyənləşib
26-12-2019, 10:10

Almaniya "Bavariya"sının və Polşa millisinin futbolçusu Robert Levandovski 2019-cu ilin ən yaxşı bombardiri olub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, 31 yaşlı hücumçu ilin əvvəlindən klub və yığma səviyyəsində üst-üstə 59 oyuna 59 qol vurub.

İkinci yerdə İspaniya "Barselona"sının və Argentina millisinin forvardı Lionel Messi qərarlaşıb. O, 58 matçda 50 dəfə fərqlənib. "Üçlüy"ü PSJ-nin fransalı qolçusu Kilian Mbappe qapayıb. Mbappe 49 qarşılaşmada rəqib qapılarına 44 dəfə yol tapıb.

Qeyd edək ki, Robert Levandovski "Bavariya"ya 2014-cü ildə Dortmund "Borussiya"sından keçib. O, Münhen təmsilçisi ilə 5 dəfə Almaniya çempionluğu qazanıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031