SON DƏQİQƏ

naxcivanxeberleri.com

Karate ustadlarımız Dünya Şotokan Karate Federasiyası tərəfindən təltif olundular

Karate ustadlarımız Dünya Şotokan Karate Federasiyası tərəfindən təltif olundular
25-12-2019, 15:50

Karate ustadlarımız Dünya Şotokan Karate Federasiyası tərəfindən təltif olunublar.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, mükafat Azərbaycan Respublikasının Milli Məclisinin Gənclər İdman komitəsinin sədri və Karate-do Federasiyaları Assosiasiyasının prezidenti, millət vəkili Ülvi Quliyev və Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzinin rəisi (polkovnik), Hərbiçilərin və Hüquq-Mühafizə orqanlarının İdman Assosiyasiyasının prezidenti, Azərbaycan Taekvando Federasiyasının 1-ci vitse-prezidenti Füzuli Musayevə təqdim edilib.

Qeyd edək ki, Ülvi Quliyev Karate idman növünün Avropa və Dünya çempionu adını qazanmış, Azərbaycan Respublikasının Əməkdar İdman ustası”, “Azərbaycan Respublikasının Əməkdar məşqçisi”, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adları ilə təltif olunub.

Füzuli Musayev karate üzrə 2 qat Dünya çempionu, Avropa çempionu, SSSR-i çempionu, dəfələrlə Azərbaycan çempionu olmuş, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, "Əməkdar İdman ustası" fəxri adları ilə təltif olunub.

22 dekabr 2019-cu il tarixində Dünya Şotokan Karate Federasiyasının (WSKF) Texniki komitəsinin qərarı ilə Avropa və Dünya çempionlarımız Ülvi Quliyev və Füzuli Musayev karatenin inkişafında xüsusi xidmətlərinə görə 8-ci dan (Şixan) qara kəmər dərəcəsinə layiq görülüblər. Qeyd edək ki, Ülvi Quliyev və Füzuli Musayev karateçilərə rəhbərlikləri dövründə bir çox sayda Azərbaycan gəncləri Avropa və Dünya çempionu adlarını qazanaraq tarixə yazılmışlar.

Artıq bütün dünyada tanınıb qəbul edilən Azərbaycan karate məktəbinin təməlində Ülvi Quliyevin və Füzuli Musayevin danılmaz xidmətləri, mübarizə və qələbə əzmi nümunəsi də dayanır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930