SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Zirə" daha bir yeni futbolçu ilə anlaşıb

21-12-2019, 21:30

"Zirə" klubu daha bir yeni futbolçu ilə anlaşıb.

NAXCİVANXEBERLERİ.COM-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "Qəbələ"dən ayrılan gürcüstanlı hücumçu Davit Volkovla müqavilə bağlanılıb. 24 yaşlı gürcüstanlı forvard 1,5 illik sözləşməyə imza atıb.

Volkov yeni klubunun rəsmi saytına açıqlamasında yaxşı əhval-ruhiyyədə olduğunu bildirib: “Zirə”yə keçdiyimə görə şadam. Yanvardan etibarən yeni komandama uğur qazanması üçün kömək etmək istəyirəm. Fikrimcə, “Zirə” ilə avrokuboklara vəsiqə qazana bilərik. Bu, bizdən asılı olacaq”.

Qeyd edək ki, Davit Volkov daha əvvəl ölkəsinin "Qaqra", "Dinamo"(Tbilisi), "Çixura", "Sioni", "Saburtalo", Serbiyanın "Zemun" klublarında çıxış edib. Onun sonuncu klubu "Qəbələ" olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829