SON DƏQİQƏ

naxcivanxeberleri.com

Uels millisinin nümayəndələri Bakı Olimpiya Stadionunda olublar

Uels millisinin nümayəndələri Bakı Olimpiya Stadionunda olublar
9-12-2019, 20:20

AVRO-2020-nin final mərhələsində 2 qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək Uels milli komandasının nümayəndələri Bakıya işgüzar səfərə gəlib.

NAXCİVANXEBERLERİ.COM AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, nümayəndə heyətinə Uels Futbol Assosiasiyasının Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Mark Evans, Komanda Əməliyyatlarının rəhbəri Amanda Smith, Tibb xidməti üzrə Sean Conelly və mətbuat katibi Sara Jones daxildir.

Uelsli qonaqlar məşqlərin keçirilmə ehtimalı olan stadionlara və komandanın məskunlaşa biləcəyi otellərə baxış keçirib, həmçinin Bakı Olimpiya Stadionunda olublar.

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2021    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031