SON DƏQİQƏ

naxcivanxeberleri.com

Uels Futbol Assosiasiyasının nümayəndələri Bakıya gəlib

Uels Futbol Assosiasiyasının nümayəndələri Bakıya gəlib
9-12-2019, 18:02

Uels Futbol Assosiasiyasının nümayəndələri Bakıya gəlib.

[/b]NAXCİVANXEBERLERİ.COM[b] "Countypress" nəşrinə istinadən xəbər verir ki, rəsmilər AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək görüşləri ilə əlaqədar paytaxtdakı təlim-məşq bazalarına və otellərə baxış keçirirlər.

Uels yığması AVRO-2020-dən öncə Avstriya ilə yoldaşlıq görüşü keçirəcək. Görüş martın 27-də olacaq. Matçın yeri hələ bəlli deyil.

Qeyd edək ki, AVRO-2020-nin təqviminə əsasən, iyunun 13-də Bakı Olimpiya Stadionunda A qrupunun Uels - İsveçrə oyunu keçiriləcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa iyulun 4-də 1/4 final mərhələsinin bir oyunu Bakıda gerçəkləşəcək. Uelslilər iyunun 21-də Romada İtaliya ilə qarşılaşacaqlar.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı “Olimpiko” stadionunda üz-üzə gələcəklər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Haziran 2021    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930