SON DƏQİQƏ

naxcivanxeberleri.com

Premyer Liqada II dövrəyə yekun vurulub, "Neftçi" "Qarabağ"la xal fərqini azaldıb

Premyer Liqada II dövrəyə yekun vurulub,
8-12-2019, 19:45

Futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ilin XIV tura təsadüf edən son matçında "Sabah" "Neftçi"ni qəbul edib.

Masazırdakı "Kapital Bank Arena"da baş tutan qarşılaşmada qonaqlar qalib gəlib - 2:0. Oyunun 45+2-ci dəqiqəsində Anton Krivotsyuk künc zərbəsindən sonra başla fərqlənib. Son nöqtəni isə Stiven Monroz 90+2-ci dəqiqədə qoyub.

Bu qələbədən sonra xalını 25-ə çatdıran "Neftçi" 2-ci pilləyə yüksəlib. "Ağ-qaralar" lider "Qarabağ"dan 6 xal geri qalırlar. "Sabah" isə 13 xalla 6-cı sıradadır.

Turun qalan görüşlərinə gəlincə, "Zirə" "Səbail"i məğlub edib 4:1. "Qarabağ" - "Keşlə" 2:2, "Sumqayıt" - "Qəbələ" isə 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, III dövrəyə gələn il fevralın 1-də start veriləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031