SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropa birinciliyinin ilk günündə üç atletimiz qüvvəsini sınayıb

Avropa birinciliyinin ilk günündə üç atletimiz qüvvəsini sınayıb
8-12-2019, 09:45

Dekabrın 7-dən 14-dək İsrailin Eylat şəhərində keçiriləcək 15 və 17 yaşa qədər yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, yarışda 37 ölkədən 498 idmançı (228 qız və 270 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.

bildiriblər ki, arxada qalan ilk yarış günündə üç atletimiz qüvvəsini sınayıb.

Körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan qızlardan Aişə Əliyeva çıxıb. O, 40 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 85 kiloqram (36+49) nəticə ilə 6-cı yeri tutub.

Daha sonra bu yaş qrupunda Selcan Qarayeva yarışıb. O, 45 kiloqram çəki dərəcəsində 121 kiloqram (53+68) nəticə ilə 7-ci pillədə qərarlaşıb.

Oğlanlardan körpücük üzərinə ilk olaraq yaşı 15-ə qədər olan atletlərdən Kənan Rəhimov çıxıb. O, 49 kiloqram çəki dərəcəsində toplam 168 kiloqram (70+98) nəticə ilə 6-cı yeri tutub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31