SON DƏQİQƏ

naxcivanxeberleri.com

Bu gün Azərbaycan Premyer Liqasında ilin son oyunları keçiriləcək

Bu gün Azərbaycan Premyer Liqasında ilin son oyunları keçiriləcək
8-12-2019, 09:09

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında ilin son oyunları keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, XIV tura təsadüf edəcək 3 qarşılaşmanın ardından çempionatda fasilə yaranacaq. Mövsümün ilk yarısına isə Azərbaycan Kubokunun 1/4 final matçları ilə yekun vurulacaq.

Günün oyunlarından biri kubok mübarizəsində də üz-üzə gələcək "Zirə" və "Səbail" komandaları arasında olacaq. Matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək. Hazırda "Səbail" 12 xalla sonuncu, "Zirə" 14 xalla 5-ci pillədə yer alıb. Meydan sahibləri qalib gəlsələr 5-ci, qonaqlar qələbə qazansalar 4-cü pilləyə yüksələ bilərlər.

İki komanda Premyer Liqada 10-cu dəfə görüşəcək. "Səbail" meydanı 3 xalla tərk etsə, qələbə sayında "Zirə" ilə bərabərləşəcək. Daha 2 görüş isə heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "qartallar" öndədir - 8:5. “Səbail” son iki matçda qol vurub. “Zirə” üç oyundur evdə qalib gəlmir.

Eyni saatda "Sumqayıt" və "Qəbələ" komandaları "Kapital Bank Arena"da meydana çıxacaqlar. Hazırda 17 xala malik meydan sahibləri uduzmasalar, mövsümü elə 4-cü yerdə bitirəcəklər. 12 xalla 7-ci yerdə gedən qonaq komanda isə qələbə təqdirində 5-ci pilləyədək irəliləyə bilər.

Bu görüş də tərəflər üçün çempionatda yubiley qarşılaşması olacaq. 30-cu matç ərəfəsində "Qəbələ" "Sumqayıt"a nəzərən böyük fərqlə üstünlüyə malikdir. Qonaqlar 17, meydan sahibləri 4 qələbə qazanıblarsa, daha 8 görüşdə qalib müəyyənləşməyib. Topların nisbətində isə "qırmızı-qaralar" 47:23 hesabı ilə öndədirlər. Lakin son iki matçda “Sumqayıt” quru hesabla qalib gəlib. “Qəbələ” son iki səfərdən üstün ayrılmayıb. Ötən mövsüm Azərbaycan Kubokunun finalında da məhz bu komandalar üz-üzə gəlmiş və "qırmızı-qaralar" 1:0 hesablı qələbə sayəsində tarixində ilk tituluna sahib çıxmışdılar.

Günün son matçı "Bank Respublika Arena"da "Sabah" və "Neftçi" arasında keçiriləcək. Yeni baş məşqçi Jelko Sopiçin rəhbərliyi altında çempionatda ikinci görüşünə çıxacaq meydan sahibləri hazırda 13 xalla 6-cı, "Neftçi" isə 22 xalla 3-cü pillədə qərarlaşıb. Flaqman özündən irəlidəki "Qarabağ" və "Keşlə"nin bu tur xal itirməsindən yararlanmağa çalışacaq. "Ağ-qaralar" qələbə qazansalar, 2-ci pilləyə yüksələcəklər və liderlə xal fərqini 6-ya endirəcəklər. "Sabah" isə 1 pillə irəliləyə bilmək üçün ilk növbədə, qalib gəlməlidir.

Bu, iki komanda arasında 6-cı görüş olacaq. "Neftçi" ilk dövrədə öz meydanında 1:1 hesablı heç-heçə etməklə, ilk dəfə "Sabah"a xal verib. Ötən dövrənin bütün 4 oyununda isə flaqman qalib gəlib. Başqa sözlə, “Sabah” öz meydanında xal qazanmayıb, “Neftçi” isə bütün oyunlarda qol vurub. Topların nisbətində də "ağ-qaralar" ciddi fərqlə öndədirlərlər - 10:2.

Azərbaycan Premyer Liqası, XIV tur

8 dekabr (bazar)

15:00. “Zirə” – “Səbail”

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rauf Allahverdiyev

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Mübariz Hüseynov

Zirə İdman Kompleksinin stadionu (Pfl.az/canlı)

15:00. “Sumqayıt” – “Qəbələ”

Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Orxan Məmmədov

Hakim-inspektor: Ömər Paşayev

AFFA nümayəndəsi: Eldəniz Musayev

“Kapital Bank Arena” (“CBC Sport”/canlı)

17:00. “Sabah” – “Neftçi”

Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Namiq Bəkirov

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Bank Respublika Arena” (“CBC Sport”/canlı)

Qeyd edək ki, turun açılış matçında "Qarabağ" "Keşlə" ilə heç-heçə edib - 2:2.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31