SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan taekvondoçuları Qran-pridə iki medal qazanıb

Azərbaycan taekvondoçuları Qran-pridə iki medal qazanıb
7-12-2019, 19:21

Rusiyanın paytaxtı Moskvada keçirilən Qran-prinin final mərhələsində Azərbaycanın üç taekvondoçusundan ikisi medal qazanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beigi Harçeqani brazilaylı Migel Martins və özbəkistanlı Nikita Rafaloviçi məğlub edərək finala vəsiqə qazanıb. Lakin o, həlledici döyüşdə rusiyalı Maksim Kramtçova məğlub olaraq gümüş medalla kifayətlənib.

Radik İsayev (+80 kq) isə bürünc medala sahib olub.

Daha bir azərbaycanlı taekvondoçu Cavad Ağayev (68 kq) elə ilk döyüşündə britaniyalı Bredli Sindenə məğlub olaraq yarışı erkən tərk edib.

Qeyd edək ki, 42 ölkədən 128 taekvondoçunun qatıldığı yarış Moskva şəhərinin "Dinamo" idman arenasında keçirilir. İlk pillədə yer alan idmançı aktivinə 80, ikinci yer 48, üçüncü yerin sahibi isə 28.8 reytinq xalı əlavə edir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031