SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan tamblinqçisi Tokio olimpiadasının keçiriləcəyi yarış zalında qızıl medal qazanıb

Azərbaycan tamblinqçisi Tokio olimpiadasının keçiriləcəyi yarış zalında qızıl medal qazanıb
7-12-2019, 16:36

Azərbaycan tamblinqçisi Aleksey Karataşov Yaponiyanın paytaxtı Tokioda keçirilən batut gimnastikası üzrə Dünya Yaş Qrupları Yarışlarında qızıl medal qazanıb.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Karataşov buna 11-12 yaşlıların mübarizəsində nail olub. Təsnifat mərhələsində elə ilk pillədən finala vəsiqə qazanan Bakı Gimnastika Məktəbinin yetirməsi həlledici mərhələdə 62.700 xalla birinciliyi əldən verməyib.

Qalibin şərəfinə yeni istifadəyə verilmiş və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında gimnastika yarışlarının keçiriləcəyi Ariake Arenasında Azərbaycan Respublikasının Dövlət Himni səslənib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31