SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Formula 1": 2019-cu ilin 10 ən yaxşı pilotu müəyyənləşib

7-12-2019, 14:58

2019-cu il mövsümünün ən yaxşı 10 pilotu müəyyənləşib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, "Formula 1"in rəsmi saytı vasitəsilə açıqlanan siyahı 5 ekspertin qiymətləri əsasında hazırlanıb. Hər bir yürüşdə pilotlara 10 ballıq şkala ilə qiymət yazılıb. Nəticədə sürücülər üçün orta qiymət müəyyənləşdirilib.

Birinci yer 43,7 xalla "Mercedes" pilotu Lüis Hemilton tutub. 43,4 xal yığan "Red Bull" sürücüsü Maks Ferstappen ikinci, 41,8 xala malik "Maklaren"in üzvü Karlos Sayns isə üçüncü olub.

Əvəzində "Ferrari"nin pilotu Sebastyan Fettel "10-luğ"a daxil olmayan yeganə yeganə top-komanda üzvü olub.

Qeyd edək ki, Lüis Hemilton bu mövsüm karyerasında 6-cı dəfə dünya çempionu olub. Onun komanda yoldaşı Valtteri Bottas ikinci, "Red Bull"dan Maks Ferstappen üçüncü yeri tutub. Sonrakı iki pillə "Ferrari" sürücüləri Şarl Lekler və Sebastyan Fettelə nəsib olub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Ocak 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031