SON DƏQİQƏ

naxcivanxeberleri.com

Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları keçirilir

Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları keçirilir
7-12-2019, 12:21

Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının Birinci estafet yarışları başlayıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, estafetdə müxtəlif gimnastika növləri üzrə Azərbaycan milli komandalarının üzvlər və onların valideynləri, ümumilikdə 200 nəfər iştirak edir.

Estafetə 9 komandadan, “Şahdağ”, “Odlar yurdu”, “Koroğlu”, “Xəzər”, “Gülüstan”, “Qarabağ”, “Qobustan”, “Göygöl” və Babək komandaları qatılıb.

Əvvəlcə komandaların paradı keçirilib və hər komandadan bir idmançı bu estafetdəki hədəf və məqsədlərindən danışıb.

Yarışları üç əsas hakim, Mehman Əliyev, Fərid Məmmədzadə və Natalya Bulanova, eləcə də doqquz köməkçi hakim izləyir. Hakimlərin adından Mehman Əliyev and içib.

Daha sonra xoreoqraf Ruslan Eyvazovun rəhbərliyi altında bütün komandaların iştirakçıları gimnastika hərəkətləri yerinə yetirib. Estafet iştirakçıları ilə yanaşı, tamaşaçılar da hərəkətləri təkrar edib.

Bundan sonra yarışlar başlayıb. Estafet iştirakçılarına öz bacarıqlarını göstərə bilmələri üçün oyunlar hazırlanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31