SON DƏQQƏ

naxcivanxeberleri.com

Şahmat üzrə tempo turniri keçirilib-FOTO

Şahmat üzrə tempo turniri keçirilib-FOTO
6-12-2019, 22:12

6 dekabr 2019-cu il tarixdə Sədərək Rayon Uşaq Gənclər Şahmat Məktəbində Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Sədərək Rayon Bölməsinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş şahmat üzrə tempo turniri keçirilmişdir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, yarışın əvvəlində çıxış edən Təhsil Şöbəsinin müdiri Malik İsmayılov, Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə, Naxçıvan MR Şahmat Federasiyasının sədr müavini, beynəlxalq dərəcəli hakim Emin Hacıyev bildiriblər ki, son illər muxtar respublikada şahmat idman növünün kütləviliyinin təmin olunması üçün xeyli iş görülmüşdür. Tədbirdə iştirak edən şahmat üzrə beynəlxalq usta Fikrət Sideifzadə də idmançılara öz tövsiyyələrini vermiş və yarış iştirakçılarına uğurlar arzu etmişdir. Yarışda 35 yeniyetmə və həvəskar şahmatçı iştirak etmişdir. Yekun nəticələrə əsasən Hüseynov Gökan I, İbrahimzadə Nurşən II, Rzayev Sənan III yerə layiq görülmüşlər. Sonda iştirakçılara təşkilatçıların diplomları və pul mükafatları təqdim təqdim edilmişdir.

Şahmat üzrə tempo turniri keçirilib-FOTOŞahmat üzrə tempo turniri keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930