SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yay Olimpiya Oyunlarında komandaların parada çıxma qaydası dəyişdirilib

Yay Olimpiya Oyunlarında komandaların parada çıxma qaydası dəyişdirilib
4-12-2019, 13:12

Yay Olimpiya Oyunlarında açılış mərasimi zamanı komandaların parada çıxma qaydası dəyişdirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin kommunikasiya üzrə direktoru Mark Adams mətbuat konfransında bildirib. Onun sözlərinə görə, əsas dəyişiklik paradı bağlayacaq komandalarla bağlıdır. Bundan sonra sonuncu kollektivlər növbəti olimpiadanı qəbul edəcək ölkələr və ev sahibi olacaq. Beləliklə, Tokio-2020 Yay Olimpiya Oyunlarında paradı ABŞ, Fransa və Yaponiya yığmaları bağlayacaqlar.

Həmçinin ənənəvi olaraq paradı açan Yunanıstanın ardınca qaçqınların komandası keçid edəcək.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları 24 iyul – 9 avqustda keçiriləcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2021    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031