SON DƏQİQƏ

naxcivanxeberleri.com

Balaca gimnastımız Mina Abbasova bir ayda dördüncü medalını qazanıb

Balaca gimnastımız Mina Abbasova bir ayda dördüncü medalını qazanıb
2-12-2019, 21:57

Budapeştdə bədii gimnastika üzrə X beynəlxalq "Yeni il" kuboku turniri keçirilib. Turnirdə Macarıstanla yanaşı, Azərbaycan, İtaliya, Kipr, İsrail, Ukrayna, Slovakiya, Çexiya, Latviya, Rusiya, Gürcüstan, Xorvatiya və İrlandiyanı təmsil edən 21 klubdan 400-ə yaxın gimnast mübarizə aparıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, həmyerlimiz - on yaşlı Mina Abbasova bu dəfə də üçrəngli bayrağımızı zirvəyə qaldıraraq 2010-cu il təvəllüdlü gimnastlar arasında birinci olub. Bununla da balaca gimnastımız noyabr ayı ərzində dördüncü medalını qazanıb. Bu, onun ümumilikdə 39-cu (15 qızıl, 20 gümüş, 4 bürünc) medalıdır.

M.Abbasovadan başqa Azərbaycanı bu yarışlarda "Gym Kids" klubunun üzvləri də təmsil ediblər. Müxtəlif yaş qruplarından olan gimnastlarımız - Fatimə Əlizadə (2012), Aybəniz Qafarova (2014), Samirə Rzayeva (2014), Daniela Səfərova (2010) birinci yeri tutublar.

Məryəm Novruzova (2013), Məryəm Baloğlanova (2012) və Alina Haşimova (2010) gümüş medallarla kifayətlənməli olublar.

Xatırladaq ki, Mina Abbasova valideynlərinin müvəqqəti yaşadıqları Macarıstanda 5 yaşından etibarən "Rus RG" sport klubunun üzvüdür və orada gimnastika ilə peşəkar səviyyədə məşğul olur. Tətil günlərində Bakıya gələn Mina məhz "Gym Kids" klubunda məşqlərini davam etdirir. Ona görə də bu klubdakı yaşıdlarının Macarıstanda qazandığı uğurlar Minanı da hədsiz sevindirib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031