SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qarabağ" "Sabah"a qalib gəlib

2-12-2019, 22:25

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, sonuncu oyun günündə "Sabah" lider "Qarabağ"ı qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da baş tutan matçda qonaqlar qalib gəliblər - 1:0.

Xorvatiyalı Jelko Sopiçin meydan sahiblərinin baş məşqçisi postunda debüt etdiyi görüşün 74-cü dəqiqəsində Abdullah Zubir fərqlənib.

Ağdam təmsilçisi bu qalibiyyətdən sonra xalını 30-a çatdırıb. "Sabah" isə 13 xalla 6-cı sıradadır.

Qeyd edək ki, hesabat turunda "Qəbələ" "Zirə"yə 3:0, "Keşlə" "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəlib. "Səbail" - "Neftçi" qarşılaşması isə qolsuz bərabərliklə yekunlaşıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031