SON DƏQİQƏ

naxcivanxeberleri.com

Paralimpiyaçılar arasında şahmat birinciliyi keçirildi-FOTO

Paralimpiyaçılar arasında şahmat birinciliyi keçirildi-FOTO
2-12-2019, 18:20

Paralimpiyaçılar arasında şahmat birinciliyi keçirildi.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, 2 dekabr 2019-cu il tarixdə Naxçıvan Şahmat Mərkəzində “3 dekabr- Beynəlxalq Əlillər Günü”nə həsr olunmuş 18 yaşadək sağlamlıq imkanları məhdud şəxslər arasında şahmat üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilmişdir. Birinciliyin keçirilməsində məqsəd “3 dekabr- Beynəlxalq Əlillər Günü”nün qeyd edilməsi, 18 yaşadək sağlamlıq imkanları məhdud şəxslər arasında bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, onların asudə vaxtlarının səmərəli təşkili, sağlamlıq imkanları məhdud şəxslər arasında şahmat idman növünün inkişaf etdirilməsi və onların sosial reabilitasiyasına nail olunmasıdır. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Paralimpiya və Şahmat federasiyalarının birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 27 sağlamlıq imkanları məhdud şəxs iştirak etmişdir. Beynəlxalq Şahmat qaydalarına əsasən keçirilən oyunları Şahmat federasiyası tərəfindən təsdiq edilmiş hakimlər heyəti idarə etmişdir. Yekun nəticələrə əsasən Cəfərli Anar III, Əsgərov Allahverdi II, Sadiqli Səlim I yerin sahibi olmuşlar. Sonda qalib idmançılara Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom, Paralimpiya Federasiyası tərəfindən bütün iştirakçılara oxunması zəruri olan kitablar, şahmat federasiyası tərəfindən isə ilk beş yeri tutan iştirakçılara pul mükafatı təqdim olunmuşdur.


Paralimpiyaçılar arasında şahmat birinciliyi keçirildi-FOTOParalimpiyaçılar arasında şahmat birinciliyi keçirildi-FOTO
Paralimpiyaçılar arasında şahmat birinciliyi keçirildi-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031