SON DƏQİQƏ

naxcivanxeberleri.com

KİV: "Qızıl top"u Messi alacaq

KİV:
2-12-2019, 17:41

“France Football” nəşrinin 2019-cu ilin ən yaxşı futbolçusu üçün nəzərdə tutduğu “Qızıl top” mükafatını Lionel Messi alacaq.

NAXCİVANXEBERLERİ.COM “Marca”ya istinadən xəbər verir ki, Argentina millisinin və İspaniyanın “Barselona” komandasının kapitanı bu gün Fransanın paytaxtı Parisdə keçiriləcək mərasimdə təltif ediləcək.

32 yaşlı forvardla yanaşı, mükafata İtaliya “Yuventus”unun və Portuqaliya yığmasının forvardı Kriştianu Ronaldu və İngiltərə “Liverpul”unun Niderlanddan olan müdafiəçisi Vircil van Deyk iddi edir.

İndiyədək Messi və Ronaldu 5 dəfə “Qızıl top” qazanıb. Van Deyk isə “3-lük”də yer alıb. Mükafatın ötənilki sahibi – “Real Madrid” və Xorvatiya yığmasının yarımmüdafiəçisi Luka Modriç isə bu dəfə 30 nəfərlik ilkin namizədlər siyahısına belə düşməyib.

Qeyd edək ki, mərasim Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031