SON DƏQİQƏ

naxcivanxeberleri.com

Belçika FIFA reytinqində liderliyini itirməmək üçün Fransa ilə oyundan imtina edib

Belçika FIFA reytinqində liderliyini itirməmək üçün Fransa ilə oyundan imtina edib
2-12-2019, 17:20

Futbol üzrə Fransa millisi AVRO-2020-yə hazırlıq çərçivəsində yoldaşlıq oyunları üçün rəqib tapmaqda çətinliklə üzləşib.

NAXCİVANXEBERLERİ.COM “L’Equipe” nəşrinə istinadən xəbər verir ki, artıq bir neçə komanda fransızlarla qarşılaşmaqdan imtina edib. Onlardan biri də Belçika yığması olub. Bu kollektivlər arasında gələn ilin martında yoldaşlıq matçının keçirilməsi barədə ilkin razılıq əldə olunsa da, belçikalılar fikirlərini dəyişiblər.

Müvafiq qərarı baş məşqçi Roberto Martines qəbul edib. Onun fikrincə, Avropa çemionatı ərəfəsində məğlub olmaq komandanın əhval-ruhiyyəsinə mənfi təsir göstərə bilər. İmtinaya digər səbəb kimi Belçikanın yeniləcəyi təqdirdə FIFA reytinqində liderliyini itirmək qorxusudur.

Belçika seçmə mərhələdə 10 oyundan 30 xal toplayaraq, 100 faizlik nəticə ilə AVRO-2020-yə vəsiqə qazanıb. Martinesin rəhbərlik etdiyi kollektiv Avropa çempionatında Danimarka, Finlandiya və Rusiya ilə birgə B qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, Belçika 1765 xalla FIFA reytinqində liderdir. Fransa 1733 xalla ikinci, Braziliya isə 1712 xalla üçüncü sıradadır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031