SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib

Ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilib
26-11-2019, 21:15

26 noyabr 2019-cu il tarixdə Şahbuz Rayon Gənclər və İdman İdarəsinin, Təhsil Şöbəsinin, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Şahbuz Rayon Bölməsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat üzrə rayon birinciliyi keçirilmişdir.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Şahbuz Rayon Gənclər və İdman İdarəsinin rəisi İdris Qəhrəmanov, Şahmat məktəbinin direktoru Əli Gülmalıyev, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Şahbuz Rayon Bölməsinin nümayəndəsi Sunay Dilavərli çıxış edərək muxtar respublikamızda şahmata göstərilən dövlət qayğısı haqqında şahmatçılara geniş məlumat vermişlər. “İsveçrə” sistemi üzrə 5 turdan ibarət olan yarışın yekun nəticəsinə əsasən Nicat İbrahimov I yeri, Fatimə Yusifli II yeri, Əli İbrahimov III yeri tutmuşlar. Sonda qaliblərə təşkilatçıların diplomları və qiymətli hədiyyələri təqdim olunmuşdur.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031