SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qarabağ" "Sumqayıt"a məğlub olub

"Qarabağ" "Sumqayıt"a məğlub olub
22-11-2019, 21:40

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII tura start verilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, həftənin açılış oyununda lider "Qarabağ" "Sumqayıt"ın qonağı olub. "Kapital Bank Arena"da baş tutan matçda hesabı 36-cı dəqiqədə ağdamlıların ispaniyalı legioneri Xayme Romero açıb. Görüşün ikinci hissəsi daha maraqlı alınıb. Meydan sahiblərinin iranlı legioneri Peyman Babayi 65-ci və 68-ci dəqiqələrdə 2 qol vurub.

Bundan 1 dəqiqə sonra isə meydan sahibləri cari çempionatda ilk dəfə azlıqda qalıblar. Rəqibi dirsəyi ilə vuran İsmayıl İbrahimli qırmızı vərəqə görüb.

Oyunda başqa qol olmayınca "Qarabağ" cari mövsümdə ilk dəfə uduzub və 27 xalla liderliyini davam etdirib. Xalını 17-ə çatdıran "Sumqayıt" isə 4-cü pillədə qalıb.

Qeyd edək ki, turun qalan oyunları həftəsonu keçiriləcək. Sabah "Səbail" "Sabah"ı qəbul edəcək. Bazar günü isə "Zirə" - "Keşlə" və "Neftçi" - "Qəbələ" matçları olacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031