SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qılıncoynadanımız Dünya Kubokunda medal qazanıb

Qılıncoynadanımız Dünya Kubokunda medal qazanıb
21-01-2019, 12:47

Kişi şpaqaçılarımız – Ruslan Həsənov, Barat Quliyev, Kənan Məlikzadə və Xalid Əliyevdən ibarət yığma komandamız Bəhreynin paytaxtı Manamada keçirilən gənclərin Dünya Kuboku mərhələsində iştirak edib.

NAXCİVANXEBERLERİ.COM məlumat verir ki, şpaqaçılarımızdan Ruslan Həsənov qrup mərhələsində keçirdiyi beş görüşü qalib başa vurmaqla, mütləq nəticə ilə “pley-off”a yüksəlib.

1/16 finalda Küveyt idmançısı Xələf Əlmutairini 15:9 hesabı ilə məğlub edən Ruslan 1/8 finalda Səudiyyə Ərəbistanı təmsilçisi Ömər Alakkas üzərində 15:10 hesablı qələbə qazanıb.

Təmsilçimiz yarımfinala yüksəlmək uğrunda görüşdə iordaniyalı İyad Odehə 15:13 hesabı ilə qalib gəlib. 1/2 finalda Qazaxıstan idmançısı Aleksandr Savinə 15:7 hesabı ilə qalib gələn Həsənov finalda Çexiya təmsilçisi Yakub Yurka ilə qarşılaşıb. Rəqibinə 6:15 hesabı ilə uduzan Ruslan Həsənov gənclərin Dünya Kuboku mərhələsində gümüş medal qazanıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ağustos 2022    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031