SON DƏQİQƏ

naxcivanxeberleri.com

Slovakiyalı hücumçu: “Azərbaycanda büdrəyən Xorvatiyaya qarşı biz də oynaya bilərik”

Slovakiyalı hücumçu: “Azərbaycanda büdrəyən Xorvatiyaya qarşı biz də oynaya bilərik”
14-11-2019, 12:30

“Avropa çempionatına vəsiqə qazanmaq üçün oynayırıq. Bunun hansı halda baş verəcəyini bilirik və matça yaxşı köklənməliyik”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu “ProFutbal” portalına açıqlamasında Slovakiya yığmasının futbolçusu Lukaş Haraslin noyabrın 16-da səfərdə Xorvatiya, 3 gün sonra isə evdə Azərbaycan millilərinə qarşı keçirəcəkləri AVRO-2020-nin seçmə matçları barədə danışarkən deyib.

Polşanın “Lexiya” klubunun formasını geyinən 23 yaşlı hücumçu əvvəlcə Xorvatiya, ardınca isə Azərbaycanla matçlara köklənməli olduqlarını vurğulayıb. Onun sözlərinə görə, sentyabrın 6-da evdə xorvatlara 0:4 hesabı ilə uduzduqları görüşdə onlarda heç nə alınmayıb: “Lakin hər bir matç fərqlidir. Xorvatlar bizdən sonra Azərbaycanda büdrədilər (1:1). Ona görə də bu rəqibə qarşı oynaya biləcəyimizi düşünürəm. Amma Trnavadakı kimi deyil. Macarıstanla görüşdəki kimi çıxış etməliyik. Xorvatiyanın futbolçuları dünya səviyyəsindədirlər, ancaq bizim də yaxşı oyunçularımız var. Öz oyunumuza baxmalı, Xorvatiyada 120 faiz güc qoymalıyıq”.

Qeyd edək ki, Xorvatiya yığması hazırda 14 xalla E qrupunun lideridir. Bu komandaya noyabrın 16-da qonaq olacaq Slovakiya yığması isə 10 xalla 3-cü sıradadır. Macarıstan 12 xalla 2-ci pillədə qərarlşasa da, ehtiyatda cəmi 1 oyunu var. Marko Rossinin baş məşqçi olduğu komanda noyabrın 19-da Uels səfərində xal itirsə, slovakiyalıların işi asanlaşacaq. İstənilən halda, Pavel Hapalın rəhbərlik etdiyi yığma növbəti 2 dueldən qalib ayrılsa, AVRO-2020-yə vəsiqə qazanacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031