SON DƏQİQƏ

naxcivanxeberleri.com

AFFA "Kəpəz"in nümayəndəsinə 10 oyunluq cəza verib

AFFA
13-11-2019, 17:10

AFFA İntizam Komitəsi "Kəpəz" klubunun rəsmi nümayəndəsi Məhəmməd Məmmədovu 10 oyunluq cəzalandırıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, keçmiş futbol hakimi U-13 Liqasında “Azəri TİM” ilə matçın 15-ci dəqiqəsində aqressiv davranışlara görə cəzaya məruz qalıb.

Region Liqasında “Şirvanovka” klubunun futbolçusu Kamil Nurəhmədov "Uğur"la oyunda hakimi təhqir etdiyi üçün 4 oyunluq cəza alıb. Eyni çempionatda çıxış edən "Babək"in oyunçusu Əli Sadıqov "Dübəndi" (Ordubad) ilə görüşdə hakimə qarşı qeyri-etik ifadələrə görə eyni sayda cəzaya məruz qalıb.

Gənclər Liqasında "Qəbələ"dən Əli Mürsəlov "Keşlə" ilə matçda eyni hərəkətləri təkrarlayıb və 4 oyunluq cəzalandırılıb. U-17 liqasında "Tufan"ın iki üzvü - Rəvan Quluzadə və İsgəndər Paşalı referini təhqirə görə analoji cəzaya məruz qalıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031