SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Qarabağ" "Zirə" ilə heç-heçə edib

10-11-2019, 21:31

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulub.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, turun son oyununda "Qarabağ" "Zirə"ni qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Beşinci dəqiqədə fransalı hücumçu Maqaye Qeye Ağdam təmsilçisini hesabda önə keçirib. 69-cu dəqiqədə isə Riçard Qadze "Zirə"nin bərabərlik qoluna imza atıb.

Birinci pillədə qərarlaşan "Qarabağ" bu nəticədən sonra 27-ci xalını qazanıb.

İlk dövrənin başa çatmasına üç tur qalmış Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ikinci sırada olan "Keşlə"dən 8 xal öndədir. "Zirə" isə 11 xalla 5-6-cı yerləri bölüşdürür.

Qeyd edək ki, günün digər matçında "Sumqayıt" səfərdə "Sabah"ı məğlub edib - 3:1. İlk oyun günündə isə "Qəbələ" "Səbail"i 3:0, "Keşlə" "Neftçi"ni 2:1 hesabı ilə üstələyib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930