SON DƏQİQƏ

naxcivanxeberleri.com

Premyer Liqa: "Sabah" "Sumqayıt"a uduzub

Premyer Liqa:
10-11-2019, 19:43

Futbol üzrə Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, həftənin üçüncü matçında "Sabah" "Sumqayıt"ı qəbul edib. Masazırdakı "Bank Respublika Arena"da baş tutan görüşdə hesabı meydan sahibləri açıb.

Qarşılaşmanın 32-ci dəqiqəsində Ulise Diallo fərqlənib. Oyunun 56-cı dəqiqəsində Peyman Babayi cavab qolunu vurub. Bundan 20 dəqiqə sonra isə Mehdi Şərifi "Sumqayıt"ı önə çıxarıb. Matçda son nöqtəni isə 90+5-ci dəqiqədə Əmir Ağayev qoyub - 3:1.

Bu qələbədən sonra xalını 14-ə çatdıran "Sumqayıt" 4-cü pilləyə yüksəlib. "Sabah" isə 10 xalla 6-cı yerdə qalıb.

Qeyd edək ki, ilk oyun günündə "Qəbələ" "Səbail"i 3:0, "Keşlə" isə "Neftçi"ni 2:1 hesabı ilə məğlub edib.

Tura saat 19:00-da başlayacaq "Qarabağ" - "Zirə" matçı ilə yekun vurulacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930