SON DƏQİQƏ

naxcivanxeberleri.com

Ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb - FOTO

Ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb - FOTO
10-11-2019, 18:25

Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kuboku başa çatıb.

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyevin NAXCİVANXEBERLERİ.COM-a verdiyi məlumata görə, ikinci yarış günündə körpücük üzərinə çəkisi 81, 87, 96, 102, 109-a qədər və 109 kq-dan yuxarı olan atletlər çıxıblar. Bu çəki dərəcələrində müvafiq olaraq Kənan Əliquliyev, Ceyhun Tağızadə, Kamran İsmayılov, Nailxan Nəbiyev, Əliş Nəzərov və İsmayıl Qurbanov qalib gəliblər.

Yarışda şəhər və rayonların, idman cəmiyyətlərinin, idman klublarının, idman mərkəzlərinin, UGİM-lərinin hazırkı əsasnamə üzrə təyin olunmuş dərəcə normalarını yerinə yetirən və tibbi müayinədən keçən yüzə yaxın atlet öz qüvvəsini sınayır. Azərbaycan Kubokunun təşkilində məqsəd atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsidir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930