SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan cüdoçuları Kamerunda qızıl, gümüş və bürünc medallar qazanıb

Azərbaycan cüdoçuları Kamerunda qızıl, gümüş və bürünc medallar qazanıb
10-11-2019, 10:11

Kamerunda cüdo üzrə Afrika Açıq Kuboku yarışı keçirilib.

NAXCİVANXEBERLERİ.COM Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, gələn il Tokioda olacaq Yay Olimpiya Oyunlarına lisenziya xalları verən beynəlxalq turnirdə ölkəmizi 5 qadın cüdoçu təmsil edib.

Azərbaycanın bütün idmançıları Kamerunda medal qazanmağa müvəffəq olublar. Leyla Əliyeva (48 kq) və Larisa Florian (57 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. 52 kq çəki dərəcəsində yarışan Gültac Məmmədəliyeva yalnız finalda uduzaraq 2-ci yeri tutub. Aişə Qurbanlı (48 kq) və İçinxorloo Munxçedev (57 kq) isə bürünc medala layiq görülüb.

Qeyd edək ki, Afrika Açıq Kuboku uğrunda turnirdə 24 ölkədən 116 cüdoçu mübarizə aparıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930