SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər

Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər
9-11-2019, 13:00

2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının finalı ABŞ-da keçirilə bilər.

NAXCİVANXEBERLERİ.COM-un "The Morning Consult" nəşrinə istinadən verdiyi məlumata görə, Avropa futbol qurumu bununla bağlı kommersiya tərəfdaşları ilə danışıqlara başlayıb. Okeanın o tayında prioritet məkan kimi Nyu-Cersidəki MetLife Stadium" nəzərdən keçirilir. Razılıq əldə olunsa, ən nüfuzlu klub turnirinin finalı ilk dəfə Avropa hüdudlarından kənarda təşkil ediləcək.

Qeyd edək ki, Çempionlar Liqasının hazırkı qalibi İngiltərə "Liverpul"udur. Bu mövsüm həlledici matç Türkiyənin İstanbul, 2021-ci ildə Rusiyanın Sankt-Peterburq, 2022-ci ildə Almaniyanın Münhen şəhərlərində, 2023-cü ildə isə İngiltərənin paytaxtı Londonda təşkil olunacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930