SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Premyer Liqası: "Qəbələ" "Səbail"i, "Keşlə" "Neftçi"ni qəbul edəcək

Azərbaycan Premyer Liqası:
9-11-2019, 09:10

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura start veriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Görüşlərdən biri Bakıda, digəri isə Qəbələdə olacaq.

Turun ilk matçında autsayder "Qəbələ" "Səbail"i qəbul edəcək. Əyalət təmsilçisi 6 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb. Paytaxt komandası isə 11 xalla 5-ci yerdə gedir. Çempionatın ilk dövrəsindəki matç heç-heçə ilə yekunlaşıb - 1:1.

Komandalar Premyer Liqada 9 dəfə üz-üzə gəliblər. Bunların 4-də meydan sahibləri, 2-də isə paytaxt klubu qələbə qazana bilib. Topların fərqində də "Qəbələ" üstündür - 15:9. Rəqiblər arasındakı son iki oyunda hər iki kollektiv qol vurub. "Qəbələ" öz meydanında "Səbail"ə heç vaxt uduzmayıb.

Günün digər oyununda qonşu pillələrdə qərarlaşan "Neftçi" və "Keşlə" komandaları üz-üzə gələcək. Meydan sahihi flaqman 18 xalla ikinci, "Keşlə" isə 16 xalla üçüncü yerdədir. Birinci dövrədəki matçda qapılara qol vurulmayıb.

Komandalar Premyer Liqada 60 dəfə qarşılaşıblar. "Neftçi" 31, "Keşlə" isə 14 görüşdə meydanı 3 xalla tərk edib. Topların fərqində də "ağ-qaralar"ın aşkar üstünlüyü var - 90:58. "Keşlə" 5 matçdır ki, rəqibinə qol vura bilmir, əvəzində qonaqlar 7 səfər oyununu qolsuz tərk etməyib.

Azərbaycan Premyer Liqası

XI tur

9 noyabr

15:00. “Qəbələ” – “Səbail”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov

Hakim-inspektor: Rövşən Əhmədov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu

17:00. “Keşlə” – “Neftçi”

Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Mübariz Hüseynov

“ASCO Arena”

Qeyd edək ki, XI tura noyabrın 10-da keçiriləcək "Qarabağ" - "Zirə" və "Sabah" - "Sumqayıt" matçları ilə yekun vurulacaq.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930