SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Sevilya"nın hücumçusu Avropa Liqasında həftənin oyunçusu seçilib

8-11-2019, 22:30

UEFA Avropa Liqasında həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu ada "Qarabağ"la eyni qrupda yer alan İspaniya "Sevilya"sının futbolçusu Munir Əl-Haddadi layiq görülüb.Mərakeş əsilli ispaniyalı hücumçu IV turda Lüksemburqda "Düdelanj"ı məğlub etdikləri matçda het-trik edib.

24 yaşlı forvard azarkeşlər arasında aparılan səsvermədə ingiltərəli Markus Raşford (“Mançester Yunayted”, İngiltərə), fransalı Entso Krivelli (“Başakşehir”, Türkiyə) və ispaniyalı Esteban Qraneronu (“Espanyol”, İspaniya) qabaqlayıb

Qeyd edək ki, "Düdelanj"la oyunda "Sevilya" 5:2 hesabı ilə qalib gəlib və 1/16 final mərhələsinə vəsiqəni təmin edib. A qrupunun digər matçında "Qarabağ" Kiprdə APOEL-ə uduzub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930