SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanlı atlet “41-ci İstanbul Marafonu”nda uğurlu nəticə qazanıb

Naxçıvanlı atlet “41-ci İstanbul Marafonu”nda uğurlu nəticə qazanıb
8-11-2019, 15:29

Türkiyənin İstanbul şəhərində keçirilən “41-ci İstanbul Marafonu”nda iştirak edən Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev uğurlu nəticə əldə edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, idmançımız marafonda 74-cü, azərbaycanlılar arasında isə 1-ci olaraq finiş xəttinə çatıb.

Qeyd edək ki, marafon İstanbulun Avropa qitəsindən start götürüb, iştirakçılar “15 İyul Şəhidlər Körpüsü”ndən keçərək şəhərin Asiya qitəsinə doğru hərəkət ediblər. 2012-ci ildən bu yana keçirilən, dünyada iki qitə arasında yeganə tədbir sayılan “41-ci İstanbul Marafonu”nu 42 kilometr 195 metr, 8 və 15 kilometr olmaqla üç kateqoriyadan ibarətdir. Marafona 106 ölkədən 140 minə yaxın insan qatılıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930