SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub

Çempionlar Liqasında həftənin oyunçusu bəlli olub
8-11-2019, 17:00

UEFA Çempionlar Liqasında (ÇL) həftənin oyunçusu bəlli olub.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu ada IV turda “Real Madrid”in Türkiyə təmsilçisi “Qalatasaray”ı İspaniyada 6:0 hesabı ilə məğlub etdiyi görüşdə 3 qol vuran Rodriqo layiq görülüb. 18 yaşlı braziliyalı hücumçu azarkeşlər arasında aparılan səsvermədə mərakeşli Əşrəf Hakimi (Dortmund “Borussiya”sı, Almaniya), kosta-rikalı Keylor Navas (PSJ, Fransa) və cənubi koreyalı Son Xın Mini (“Tottenhem”, İngiltərə) qabaqlayıb.

Qeyd edək ki, Rodriqo “Qalatasaray”la matçda ÇL-in tarixində ən erkən dublun müəllifi olub. O, 6 dəqiqə 4 saniyə ərzində rəqibi 2 dəfə məyus edib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930