SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb

Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb
7-11-2019, 09:45

UEFA Çempionlar Liqasında qrup mərhələsinin IV turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu və qoluna namizədlər açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, ən yaxşı futbolçu adına braziliyalı Rodriqo (“Real Madrid”, İspaniya), mərakeşli Əşrəf Hakimi (Dortmund “Borussiya”sı, Almaniya), kosta-rikalı Keylor Navas (PSJ, Fransa) və cənubi koreyalı Son Xın Min (“Tottenhem”, İngiltərə) iddia edirlər.

Həftənin ən yaxşı qoluna gəlincə, burada səs verməyə braziliyalı Duqlas Kostanın (“Yuventus”, İtaliya), fransalı Joffre Kondoqbiyanın (“Valensiya”, İspaniya) və ingiltərəlilər - Rahim Strerlinqlə (“Mançester Siti”, İngiltərə) Aleks Oksley-Çemberlenin (“Liverpul”, İngiltərə) qolları çıxarılıb.

Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytına azarkeşlər arasında aparılan səsvermə ilə müəyyənləşəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930