SON DƏQİQƏ

naxcivanxeberleri.com

Çempionlar Liqası: "Bavariya" 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası:
6-11-2019, 23:56

UEFA Çempionlar Liqasında 1/8 finala ilk vəsiqənin sahibi müəyyənləşib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu hüquqa Almaniyanın "Bavariya" klubu yiyələnib. Münhen təmsilçisi Yunanıstan "Olimpiakos"u ilə görüşdə 2:0 hesablı qələbə qazanıb. Qolları 69-cu dəqiqərə Robert Levandovski və 89-cu dəqiqədə İvan Perişiç vurub. Bununla da xallarını 12-yə çatdıran "Bavariya" B qrupunda liderliyini möhkəmlədib və növbəti mərhələyə vəsiqəni təmin edib.

D qrupunun qarşılaşmasında isə İtaliya "Yuventus"u Rusiyanın paytaxtı Moskvada 1:1 hesablı heç-heçə ilə kifayətlənib. Hesabı 4-cü dəqiqədə Turin komandasından Aaron Remsi açsa da, 12-ci dəqiqədə Aleksey Mirançuk bərabərliyi təmin edib. Bu nəticədən sonra "Yuventus" xallarını 12-yə çatdıraraq, vahid liderə çevrilib. "Lokomotiv" isə 4 xalla 3-cü yerdə gedir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930