SON DƏQİQƏ

naxcivanxeberleri.com

"Beşiktaş" klubu Avropa Liqasındakı oyuna baş məşqçisiz gedib

6-11-2019, 21:30

Türkiyənin "Beşiktaş" klubu Avropa Liqasının qrup mərhələsinin IV turunda "Braqa" ilə matç üçün Portuqaliyaya baş məşqçisiz gedib.

NAXCİVANXEBERLERİ.COM "NTV Spor"a istinadən xəbər verir ki, buna İstanbul təmsilçisinin baş məşqçisi Abdullah Avcının ağır qrip xəstəliyinə yoluxması səbəb olub.

56 yaşlı mütəxəssisin durumu yaxşı olacağı halda, oyun günü Portuqaliyaya gedə biləcək.

Qeyd edək ki, noyabrın 7-də keçiriləcək "Braqa" - "Beşiktaş" matçı Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930