SON DƏQİQƏ

naxcivanxeberleri.com

İtaliya A Seriyasında futbolçu əvəzləmələrinin sayı artırıla bilər

İtaliya A Seriyasında futbolçu əvəzləmələrinin sayı artırıla bilər
5-11-2019, 23:22

İtaliya A Seriyasında futbolçu əvəzləmələrinin sayı artırıla bilər.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bu barədə İtaliya Futbol Federasiyasının (FIGC) prezidenti Qabriele Qravina açıqlama verib.

Qravina bu məqsədlə Beynəlxalq Futbol Assosiasiyaları Şurasına (IFAB) müraciət etdiklərini bildirib. Onun sözlərinə görə, IFAB-dan ölkə çempionatı matçlarında oyunçu dəyişikliklərinin miqdarını 3-dən 5-ə qaldırmaları xahiş olunub.

Hazırda İtaliyada 5-dək əvəzləməni yalnız III və IV Divizionlarda etmək mümkündür.

Qeyd edək ki, A Seriyasında 11 turdan sonra 29 xal toplayan "Yuventus" turnir cədvəlinə başçılıq edir. İlk "3-lük"dəki "İnter"in 28, "Roma"ın 22 xalı var.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930