SON DƏQİQƏ

naxcivanxeberleri.com

Gənc akrobatika gimnastlarımız Avropa çempionatında qızıl medal qazanıblar

Gənc akrobatika gimnastlarımız Avropa çempionatında qızıl medal qazanıblar
3-11-2019, 23:56

Azərbaycanın akrobatika gimnastları İsraildə keçirilən Avropa çempionatında tarixi uğura imza atıblar.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, gənclər yaş qrupunda kişi cütlüyü tərkibində mübarizə aparan Murad Rəfiyev və Daniel Abbasov dinamik hərəkətlər üzrə final yarışlarında bütün rəqiblərini qabaqlayaraq Avropa çempionu adını qazanıblar.

Cütlük daha öncə çoxnövçülükdə gümüş, balans hərəkətlərində isə bürünc medala sahib olublar.

Qeyd edək ki, Azərbaycanın idman tarixində ilk dəfədir gənc akrobatika gimnastları Avropa çempionatında qızıl medal qazanıblar.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930