SON DƏQİQƏ

naxcivanxeberleri.com

Boyanka Kostova nüfuzlu beynəlxalq turnirin qalibi oldu

Boyanka Kostova nüfuzlu beynəlxalq turnirin qalibi oldu
2-11-2019, 23:00

2-5 noyabr tarixlərində Belarusun Qrodno şəhərində ikiqat Olimpiya çempionu Aleksandr Kurloviçin xatirəsinə həsr olunmuş ağır atletika üzrə nüfuzlu beynəlxalq “Alexander Cup” turniri keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Azərbaycan Ağır Atletika Federasiyasından verilən məlumata görə, Tokio Olimpiya Oyunlarına gümüş səviyyəli lisenziya xarakterli olan bu yarışda 18 ölkədən 80 atlet medallar uğrunda mübarizəyə qoşulacaq. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Ölkəmizi qadınlarda Boyanka Kostova, kişilərdə isə Nailxan Nəbiyev təmsil edir.

Artıq ilk yarış günü arxada qalıb. Boyanka Kostova 59 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Atletimiz toplam 215 kq (95+120) nəticə ilə bütün rəqiblərini qabaqlayıb və turnirin qalibi adını qazanıb.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930