SON DƏQİQƏ

naxcivanxeberleri.com

Avropa çempionatı: Qadınlardan ibarət Azərbaycan yığması üçüncü pilləyə yüksəlib

Avropa çempionatı: Qadınlardan ibarət Azərbaycan yığması üçüncü pilləyə yüksəlib
1-11-2019, 20:46

Gürcüstanın Batumi şəhərində keçirilən şahmat üzrə Avropa çempionatında VIII turun görüşləri başa çatıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, kişilərdən ibarət Azərbaycan millisi bu turda Ermənistanla üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə bitib - 1,5:2,5.

Qadınlardan ibarət komanda isə Fransanı məğlubiyyətə uğradıb - 2,5:1,5. Günay Məmmədzadə və Gülnar Məmmədova rəqiblərinə qalib gəlib. Ülviyyə Fətəliyeva uduzub, Xanım Balacayeva isə heç-heçəyə razı olub.

Qeyd edək ki, bu nəticələrdən sonra qadınlardan ibarət komanda 12-ci xalını qazanıb və sona bir tur qalmış üçüncü pilləyə yüksəlib. Kişilərdən ibarət yığma isə 12-ci sıradadır.

Komandalararası Avropa çempionatı, VIII tur

1 noyabr

Kişilər

Azərbaycan - Ermənistan - 1,5:2,5

Şəhriyar Məmmədyarov - Levon Aronyan - 0,5:0,5

Arkadi Naydiç - Qabriel Sargissyan - 0,5:0,5

Qədir Hüseynov - Qrant Melkumyan - 0,5:0,5

Eltac Səfərli - Arman Paşikyan - 0:1

Qadınlar

Fransa - Azərbaycan - 1,5:2,5

Sofi Miyye - Günay Məmmədzadə - 0:1

Polen Gişar - Xanım Balacayeva - 0,5:0,5

Almira Skripçenko - Ülviyyə Fətəliyeva - 1:0

Nataşa Benmesba - Gülnar Məmmədova - 0:1

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930