SON DƏQİQƏ

naxcivanxeberleri.com

Kişi badmintonçularımızın Avropa çempionatında 2-ci sınağı

Kişi badmintonçularımızın Avropa çempionatında 2-ci sınağı
31-10-2019, 21:16

Kişilərdən ibarət yığma komandamız 2020-ci ildə Fransanın Lyeven şəhərində keçiriləcək komandalararası Avropa çempionatında iştirak edəcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, turnirdə ölkəmizi təmsil edəcək kişi badmintonçuların adları məşqçilər heyətinin qərarı əsasında fevralın 3-nə qədər açıqlanacaq. 11-16 fevral tarixlərində keçiriləcək qitə çempionatında komandamızın hansı səbətdə yer alacağı noyabrın 27-də bəlli olacaq. Səbətlər Ümumdünya Badminton Federasiyasının reytinqinə əsasən müəyyənləşəcək. Komandamızın qrup mərhələsində rəqibləri dekabrın 3-ü keçiriləcək püşkatma mərasimindən sonra məlum olacaq. Qrup mərhələsinin görüşləri 11-13 fevral tarixlərində keçiriləcək.1/4, yarımfinal və final görüşləri isə 14-16 fevralda oynanılacaq. Qruplarda müvafiq olaraq 3, 4 və ya 5 komanda yer ala bilər. Komandaların qrupdakı sayından asılı olmayaraq pley-offa ilk iki yerin sahibi yüksələcək. Oyunların formatı 3 şəxsi və 2 qoşa görüşlərdən ibarət olacaq.

Qarşılaşmalar “Arena Stad Kuver”də oynanılacaq. Hər komandanın heyətində yer alan 1 badmintonçu oyun ərzində həm şəxsi, həm də qoşa kateqoriyada yalnız 1 dəfə korta çıxa bilər. Kişi və qadın komandaları arasında Avropa çempionatı iki ildən bir keçirilir. Turnir Tomas və Uber Kubokuna təsnifat xarakteri daşıyır. 2006-cı ildən təşkil edilən kişi və qadınların komandalararası Avropa çempionatına sonuncu dəfə 2018-ci ildə Rusiyanın Kazan şəhəri evsahibliyi edib. Kişilərdən ibarət komandamız ilk dəfə qatıldığı Kazanda keçirilən son qitə çempionatında Almaniya, İslandiya və Lüksemburq kollektivləri ilə bir qrupda yer almışdı.

Yarış "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya xalları baxımından mühüm əhəmiyyət kəsb edir.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930