SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təyyarə qəzasında ölən futbolçunun adı stadiona verildi

Təyyarə qəzasında ölən futbolçunun adı stadiona verildi
30-10-2019, 23:12

Argentinanın "San Martin Proqreso" klubu təyyarə qəzasında dünyasını dəyişən futbolçu Emiliano Sala ilə bağlı təqdirəlayiq addım atıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, klub stadionuna mərhum futbolçunun adını verməyi qərara alıb. Stadionun adı oktyabrın 31-də Salanın 29-cu doğum günündə dəyişdiriləcək. Stadion Salanın şəkilləri ilə bəzədiləcək.

Qeyd edək ki, argentinalı futbolçu "San Martin"in yetirməsi olub. Bu ilin yanvar ayında Fransanın "Nant" klubundan "Kardif Siti"yə transfer olan Sala İngiltərəyə yollanarkən təyyarə qəzasında həlak olmuşdu.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Aralık 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031