SON DƏQİQƏ

naxcivanxeberleri.com

Azərbaycan Premyer Liqası: IX tura iki qarşılaşma ilə start veriləcək

Azərbaycan Premyer Liqası: IX tura iki qarşılaşma ilə start veriləcək
26-10-2019, 09:25

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında IX tura start veriləcək.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçiriləcək. Hər iki oyun Bakıda baş tutacaq. Açılış oyununda son 2 mövsümdə Azərbaycan Kubokunun qalibləri olan "Keşlə" və "Qəbələ" komandaları qarşılaşacaq.

Hazırda paytaxt klubu 12 xalla üçüncü yerdədir, əyalət təmsilçisi isə altı xalla 7-8-ci yerləri bölüşdürür. Qəbələdə keçirilmiş ilk dövrədəki matçda "Keşlə" rəqibini darmadağın edib - 4:0. Bu məğlubiyyətdən sonra Sənan Qurbanov "Qəbələ"nin baş məşqçi postundan istefa verib.

Komandalar ölkə çempionatında 45 dəfə üz-üzə gəliblər. Bunların 15-də "Keşlə", 13-də isə "Qəbələ" qələbə qazanıb. 17 qarşılaşmada qalib müəyyənləşməyib. Topların fərqində isə meydan sahiblərinin aşkar üstünlüyü var - 58:45. “Keşlə” rəqibinə qarşı son iki qarşılaşmada meydanı qolsuz tərk etməyib. “Qəbələ” isə səfərdəki son 7 oyunda məğlub olmayıb.

Günün digər matçında çempionatın autsayderlərindən "Sabah" "Zirə"ni qəbul edəcək. Meydan sahibləri 6 xalla 7-8-ci pillələri bölüşdürür. "Zirə" isə 8 xalla 6-cı yerdədir. Zirə Olimpiya Kompleksinin stadionunda təşkil olunmuş ilk dövrədəki matçda qalib müəyyənləşməyib - 1:1. Ötən mövsüm baş tutan 4 qarşılaşmanın 3-də meydan sahibləri, 1-də isə qonaqlar meydanı 3 xalla tərk edib. Topların fərqində də "Sabah" üstündür - 7:5.

Azərbaycan Premyer Liqası, IX tur

26 oktyabr (şənbə)

16:00. “Keşlə” – “Qəbələ”

Hakimlər: Rauf Cabarov, Müslüm Əliyev, Nahid Əliyev, Etibar Həsənov

Hakim-inspektor: Ramil Diniyev

AFFA nümayəndəsi: Məmmədəli Məmmədov

“ASCO Arena”

18:00. “Sabah” – “Zirə”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəhim Həsənov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

“Bank Respublika Arena”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930